YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə ilk dəfə səs verəcək gənclərin görüşü oldu

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, artıq bir neçə gündən sonra seçkilərin təbliğat-təşviqat mərhələsi başa çatacaq,  seçicilərimiz 23 dekabr tarixində seçki məntəqələrinə gəlib öz seçki hüquqlarından istifadə edərək dövlətimizin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

H.Mirələmov qeyd etdi ki, YAP-ın qələbəsi  növbəti dövr üçün açıqlanan hədəflərin reallaşmasına  böyük dəstək olacaq.   Dövlətimizin başçısı İlham Əliyevin  apardığı siyasət nəticəsində  bələdiyyələrin  fəaliyyətinin genişləndirlməsi üçün münbit şərait yaradılıb.  Bələdiyyələrlə  xalq arasında  birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə dəstək olaq.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, partiyanın Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətələyeva bildirdi ki,  hər bir seçki gələcəyimizi müəyyənləşdirən, mövqeyimizi ortaya qoymağa imkan verən hadisədir: «Cəmiyyətimizin gələcək həyatının necə qurulacağı, hansı istiqamətə gedəcəyi təbii ki, bizlərin səsindən, dəstəyindən asılıdır. Hər bir Azərbaycan vətəndaşı bu seçkilərdə də öz birliyini ortaya qoymalı və bir daha gələcəyini necə gördüyünü nümayiş etdirməlidir. Əminəm ki,  bu seçkilərdə də  Yeni Azərbaycan Partiyasının namizədləri   qələbə qazanacaq.   YAP 27 il ərzində hər bir Azərbaycan  vətəndaşının istəyini nəzərə alaraq öz mövqeyini ortaya qoyub,  fəaliyyət istiqamətini müəyyənləşdirib. Hər dəfə qələbə qazanaraq xalqın  dəstəyinin, inamının nə qədər böyük olduğunu    nümayiş etdirir.»

Namizədlərdən Rövşən Məmmədov, Nərminə Hacıyeva, Səbinə Paşayeva,  İlahə  Məmmədova, Səbinə Əliyeva, Kənan Rzayev, Bayram Xəlilov çıxış edərək  seçiciləri  onlara dəstək verməyə çağırdılar.