YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şamaxı rayonunda qadın seçicilərlə görüş keçirildi

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar  Şamaxı rayon  bələdiyyələrə namizədliyi  irəli  sürülmüş  qadınlarla  görüş keçirilib.

Görüşdə  Millət  Vəkili   Kamilə Əliyeva  və Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının  sədr  müavini Məhəbbət  İbrəhimovada  iştirak  etmişlər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən YAP Şamaxı  rayon təşkilatının sədri Bəxtiyar Abbasov  Azərbaycan  qadınlarının  ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyib. O deyib ki, qadınlar intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər: Qadınlar  ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bütün bunlar  dövlət tərəfindən yaradılan əlverişli imkanlar, mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında mümkün olub. Müasir Azərbaycan gənc  qadınları  unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.

Bəxtiyar Abbasov  əlavə edib ki, bələdiyyə seçkilərində namizədlərin sırasında  qadınların və gənclərin çoxluq təşkil etməsi YAP-ın onlara olan diqqət və qayğısının nəticəsidir.

Gənc qadın namizəd  Nuranə Məmmədova və Güney Məmmədova  bildirib ki, seçkilərdə də gənclərə və xanımlara üstünlük verildi və bu da özlüyündə sübut edir ki, Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası gənclərin  və  qadınlarının inkişafına böyük töhfələr verirlər: “Biz bütün seçkilərdə aktiv olmalıyıq. Seçki məntəqələrinə getməliyik, səsimizi verməliyik. İnanın, bununla da biz gənc ikən dövlətimizin inkişafına kiçicik də olsa, töhfəmizi vermiş olacağıq. Mənim seçimim əlbəttə ki, xalq üçün çalışan Yeni Azərbaycan Partiyasıdır. Dekabrın 23-də mən və ailəm YAP-ın namizədlərinə səs verəcəyik”.

Milli Məclisin deputatı Kamilə Əliyeva  isə çıxışında deyib ki, bu gün Azərbaycan qadınlarının  ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin  qadınlarının  fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Deputat  qadınlara seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət edib.

Sonra Yeni Azərbaycan Partiyası  Qadınlar Şurasının  sədr  müavini Məhəbbət  İbrəhimovada   söyləyib ki, biz  qadınlar müstəqil ölkəmizin gələcəyi olan kəslər kimi seçki amilinə çox diqqətlə yanaşmalıyıq: “Seçkilərdə iştirak etmək bizim siyasi şüur, siyasi mədəniyyət səviyyəmizi göstərir. Seçkilərdə iştirak etmək bizim Vətənimizə, dövlətçiliyimə sədaqətimizi, sahibliyimizi bildirir. Seçkilərdə iştirak etməklə biz dünyaya varlığımızı nümayiş etdiririk. Bu mənada bütün qadınlarımızı Vətənimizə, dövlətçiliyimizə sədaqətimizi, bağlılığımızı, sahibliyimizi nümayiş etdirmək üçün seçkilərdə iştirak edək və xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək”.

Sonda çıxış edən digər seçicilər də xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.