YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı rayonun Qarabörk, Rəstəcə və Ucar bələdiyyələrində seçicilərlə görüş keçirib

Ucarda Qarabörk, Rəstəcə və Ucar bələdiyyələrində Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışıb. Ş.Abdullayeva vurğulayıb ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak edərək vətəndaşların sosial məişət qayğılarının həllində xüsusi rola malikdir. Bu, yerli özünüidarəetmə strukturlarının ölkə həyatının müxtəlif sahələrində fəal iştirak etməsi üçün ötən müddət ərzində fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ş.Abdullayeva bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının inamla qələbə qazanacağını qeyd edərək, bundan sonra da, bələdiyyələrin rayonun sosial-iqtisadi həyatına, abadlıq və quruculuq işlərinə mühüm töhfə verəcəyini qeyd edib.

Təbliğat-təşviqat qrupunun üzvləri Alı Babayev və Rahib Rəsulov, Qarabörk bələdiyyəsinə namizədlər Cavid Əliyev, Afət Abbasova, Sevinc Mirzəyeva, Rəstəcə bələdiyyəsinə namizədlər Rəhim Rəhimov, Fuad Səmədov və Ülviyyə Kərimova, Ucar bələdiyyəsinə namizədlər Rəhman Səfərov, Nərminə Eminova, seçici Əhliman İbrahimov çıxış edərək qeyd ediblər ki, qarşıdan gələn bələdiyyə seçkiləri bir daha sübut edəcək ki, Azərbaycanda xalqın etmadını, sevgisini qazanan yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. YAP bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanmaqla tarix yazacaq.