YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə seçicilərin görüşü keçirildi

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, 23 dekabr bələdiyyə seçkilərinə bir neçə gün qalır. Seçkilərin hazırlıq mərhələsinin demokratiyanın, seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilməsi, eyni zamanda, seçici fəallıqları  səsvermə prosesinin nəticələri barədə aydın təsəvvür yaradır.

«Xalq üçün» devizi ilə  seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının bu kampaniyada da böyük qələbə qazanacağını əsaslı şəkildə diqqətə çatdıran H.Mirələmov qeyd etdi ki,  2014-2019-cu illərdə Azərbaycanın qazandığı uğurlar göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ölkəmiz quruculuq meydançasını xatırladır. Bu uğurlarda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının öz payı vardı. Sözlə əməl birliyi partiyaya milyonların sevgisini qazandırır ki, bu da ölkəmizdə keçirilən seçki proseslərində xalqın dəstəyində öz ifadəsini tapır.

Namizədlərə uğurlar diləyən H.Mirələmov bu inamı ifadə etdi ki, namizədlər qələbələri ilə bələdiyyə sistemində  əhəmiyyətli  dəyişikliklərə, yeni baxışların fonunda  günümüzün  çağırışlarının yüksək səviyyədə cavablandırılmasına öz töhfələrini verəcəklər.

Namizədlərdən Rövşən Məmmədov, Nərminə Hacıyeva, Səbinə Paşayeva və  başqaları çıxış edərək  seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə  dəstək olmağa  çağırdılar.