YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar səhiyyə sahəsində çalışan seçicilərlə görüş olub

Dekabrın 19-da Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar səhiyyə sahəsində çalışan seçicilərlə görüş olub.

Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının məsul işçisi Tofiq Cəfərov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib.

Sonra çıxış edən Ağdam Mərkəzi Rayon Xəstəxanasının Polikilinakısının baş həkimi Bəhram Qurbanov Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və təkmilləşdiyini deyib. Bəhram Qurbanov qarşıdan gələn bələdiyyə seçkilərində gənclərin və xanım namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-ın yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən millət vəkili partiyamızın qarşıdan gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağına əmin olduğunu söyləyib. O, bütün namizədlərə uğurlar arzulayıb.