YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın iclası Bakıda keçiriləcək

Dekabrın 4-də Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildiriblər ki, iclasda Azərbaycanla yanaşı, Belarus, Rusiya Federasiyası, Özbəkistan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Tacikistanın müvafiq qurumlarının, həmçinin Dövlətlərarası Şura katibliyinin rəhbər şəxslərinin iştirakı gözlənilir.
Tədbirdə Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər və 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırmaya aid iş planlarının reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartlara yenidən baxılacaq və müvafiq təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.