YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək son illər ölkəmizdə aparılan islahatlardan, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə partiyanın dövlətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışdı.

Qeyd etdi ki, seçkilər partiyaların cəmiyyətdə roluna və xalqın etimadını hansı formada qazanmasına əyani bir sübutdur. Çünki hər bir seçici öz mövqeyini açıq şəkildə ifadə edir. Ötən illər keçirilən bütün seçkilərdə seçicilərin yekdil səsini qazanan partiyamızın namizədləri xalqın rəğbətini əməli işləri ilə qazandığını təsdiqləyir. Qarşıdan gələn bələdiyyə seçkilərində də fəal iştirak etməklə seçiminizi müəyyənləşdirməyinizi xahiş edirik.

Tədbirdə ilk dəfə səsvermə hüququ qazanan gənclərin səsvermə qaydaları ilə bağlı çoxsaylı sualları cavablandırılıb və YAP tərəfindən irəli sürülmüş namizədlərə uğurlar arzulanıb.

 

DİGƏR Partiya xəbərləri Arxiv