YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatı Hacıkənd bələdiyyəsi üzrə seçicilərlə görüş keçirib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Hacıkənd qəsəbəsində “Xalq üçün” devizi ilə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyasının Haçıkənd qəsəbə Bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş şəxslər və seçicilər iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi Hüseyn Budaqov çıxışına ümummilli lider Heydər Əliyevin ilk bələdiyyə seçkiləri öncəsi xalqa müraciəti zamanı dediyi sözlərlə başlayıb: “Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir”. Hüseyn Budaqov onu da bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə strukturlarının ölkə həyatının müxtəlif sahələrində fəal iştirak etməsi üçün fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

Namizədlərdən Səbuhi Sərməstov, Aydan Bayramlı çıxış edərək, ölkəmizdə yeni yaranmasına baxmayaraq, bələdiyyə institutunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mühüm qanunvericilik bazasının formalaşdırıldığını bildiriblər.

Seçicilərdən Xavər Məmmədəliyeva, Xalidə Hüseynova və digərləri qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda xalqın etmadını, sevgisini qazanan yeganə partiyanın Yeni Azərbaycan Partiyası olduğunu bir daha sübut edəcəyini diqqətə çatdırıblar

Tədbirdə çıxış edənlər bir daha vurğuladılar ki, Yeni Azərbaycan Patriyası əvvəlki seçkilərdə olduğu kimi 23 dekabr bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanmaqla tarix yazacaq.