YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa ikinci peyki Azərbaycana təhvil verdi

Bu gün “Azərkosmos” ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında üç ay bundan əvvəl orbitə çıxarılmış yer səthinin məsafədən müşahidəsi peykinin Azərbaycan tərəfinə təhvil verilməsi haqqında saziş imzalanıb.
Bunu jurnalistlərə müsahibə verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, bu, Azərbaycanın artıq ikinci peykidir. “Bu peyk əsasən Azərbaycanda yer səthinin monitorinqini aparacaq. Onun əsas təhqiqat sahələri – coğrafi ərazilərin fotoşəkillərini çəkmək, oradakı obyektlərin monitorinqini aparmaqdır. Peykdən alınan məlumatlardan fövqəladə hallar zamanı, habelə kənd təsərrüfatında, ekoloji problemlərin həllində, xəritəçəkmədə istifadə olunacaq”, - deyə Ə.Abbasov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bu cür peyki orbitə çıxaran 20-ci ölkədir. Hazırda təxminən 50 belə peyk var və onların sonuncusu Azərbaycana məxsusdur. Bu, Azərbaycanla Fransa arasında kosmik fəzanın tədqiqinə dair birgə əməkdaşlıq haqqında bağlanılan strateji sazişin nəticəsidir. Həmin proqrama əsasən Fransa və Azərbaycana məxsus iki peykin birgə istifadəsi həyata keçirilir. Hər iki tərəfdən birgə investisiyalar qoyulub. Layihəyə əsasən peyk 12 il müddətinə orbitdə olacaq, ona qoyulan xərcləri 7-8 il müddətində ödəyəcək.
Ə.Abbasov jurnalistlərə bildirib ki, 2015-ci ilin noyabrında Azərbaycanda aşağı səviyyəli yer səthinin monitorinqi üçün idarəetmə sistemi qurulacaq. Bu sistem imkan verəcək ki, Azərbaycan digər peyklərdən alınan informasiyanı emal edə bilsin. Bununla da Azərbaycan dünyada çox az olan bir sistemə malik olacaq və kosmosun tədqiqinə böyük töhfə verəcək.
 

DİGƏR Xəbərlər Arxiv