YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Norveç arasında iki saziş imzalandı

Dekabrın 3-də “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb.
Sazişlər Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Norveçin ölkəmizdəki səfiri Bord İvar Svendsen ilə görüşündə imzalanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlər Azərbaycan və Norveç vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını, Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən, yaxud bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.
Görüşdə bildirilib ki, bu sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
 

DİGƏR Xəbərlər Arxiv