YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti Çexiyaya səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti dekabrın 4-6-da Çex Respublikasında rəsmi səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Malik Həsənov, Çingiz Əsədullayev, Mahir Aslanov, Sədaqət Vəliyeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Çexiyanın Deputatlar Palatasında və Senatında keçiriləcək görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparacaq, qanunverici orqanın fəaliyyəti ilə tanış olacaq.
Oqtay Əsədovun Çexiya Prezidenti Miloş Zeman, Deputatlar Palatasının sədri Yan Hamaçek, Senatın sədri Milan Ştex və Çexiya- Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, regional münaqişələrin həlli yolları və digər məsələlər müzakirə ediləcək.