YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əlil pensiyaçıların sayı açıqlanıb

Azərbaycanda əlil pensiyaçıların sosial müdafiəsi dövlət siyasətinin dəyişməz əsas istiqamətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 2006-cı il yanvarın 1-dək 32,3 manat olduğu halda, 2014-cü il dekabrın 1-də bu məbləğ 149,2 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği 251,4 manat təşkil edir.
Bu il oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1288680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1,0 faizi isə dövlət qulluqçularıdır.