YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın xilaskarı - Heydər Əliyev” mövzusunda konfrans keçirilmişdir

Mayın 6-da Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanın xilaskarı - Heydər Əliyev” mövzusunda konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Ərazi ilk təşkilatları sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən konfransda YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.

Bildirmişdir ki, mayın 10-da müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir.
Qeyd edilmişdir ki, YAP Səbail rayon təşkilatında da Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə xüsusi proqram hazırlanmış, ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirilmişdir.

Zahid Qaralov Ulu Öndərin XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindən biri olduğunu demiş, dahi şəxsiyyətin iti və parlaq zəkası, yüksək intellekti, zəngin erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində xalqımızın böyük hörmət və nüfuz qazandığını vurğulamışdır.

Professor bildirmişdir ki, XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Ulu öndər Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Tədbirdə digər çıxış edənlər də dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışmışlar.

Vurğulanmışdır ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

 

 

DİGƏR Xəbərlər Arxiv