YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olmuşdur

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, Tbilisi Sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulandı.