YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda YAP fəalları ilə görüş keçirilib

YAP Bərdə rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Görüşdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, Elman Məmmədov iştirak ediblər.

Yığıncağı YAP Bərdə rayon təşkilatının sədri  Fəqət Şadlinskaya  açaraq Yeni Azərbaycan  Partiyasının  ölkənin içtimai – siyasi həyatındakı fəaliyyətindən danışıb. O bildirib ki, partiyamızın gücü qarşıdan gələn bələdiyyə seçkilərində inamlı qələbə qazanmağa tam əsas verir.

Görüşdə səlahiyyətli nümayəndələr çıxış edərək partiya fəallarına öz tövsiyələrini veriblər.