Xəbərlər
Gəncə seçiciləri rifah və quruculuq naminə YAP-ın namizədlərinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə şəhərində növbəti görüş keçirilib. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev və başqaları bildiriblər ki, ötən müddət ərzində müstəqil Azərbaycanda həyata keçirilən irimiqyaslı siyasi-hüquqi islahatlar sırasında yerli özünüidarəetmə orqanlarının formalaşması xüsusi onəm kəsb edib. Qeyd olunub ki, bələdiyyələrin beşillik fəaliyyəti əhalinin etimadını qazanıb, bu da növbəti seçkilərdə bələdiyyə üzvlərinin seçilməsində ən vacib amildir.
Çıxış edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədərinə səs verəcəklərini vurğulayıblar.