YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə YAP-ın səlahiyyətli nümayəndələri seçicilərlə görüşüb

23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğatının aparılması məqsədilə  Daşkəsən rayonun Xoşbulaq kəndində seçicilərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Musa Quliyev və Xanlar Fətiyev və  "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev məlumat verib ki, Daşkəsən rayonu üzrə 19 bələdiyyə fəaliyyət göstərir.

Daha sonra çıxış edən millət vəkili Musa Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. O qeyd edib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun fikrincə, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Bu isə prosesin sonunda öz nəticəsini göstərəcək.

DİGƏR Xəbərlər Arxiv