YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: 2019-cu il ərzində ölkədə 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub

“Azərbaycan Prezidenti İlham Əliyevin yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıqlar qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu il ərzində 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur”. Bu fikirləri Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

S.Məmmədov bildirib ki, respublika əhəmiyyətli 139,8 km, yerli əhəmiyyətli 908,8 km,  Bakı şəhəri üzrə 301,5 km, Sumqayıt şəhəri üzrə  26,5 km yol çəkilmişdir. Onun sözlərinə görə, 2019-cu il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilmiş, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılmşıdır. Ümumilikdə 2019-cu il ərzində cənab Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatmışdır.

“Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km oln 3 Respublik əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlər arası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilmişdir”-deyə, S.Məmmədov vurğulayıb.