YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilir

Yanvarın 16-da Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.

Tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilir. Tədbirin əsas məqsədi fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək, seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılmasıdır. Tədbirdə 30-dan çox media nümayəndəsi, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində “Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları”, “Seçkinin mediada işıqlandırılmasına dair Azərbaycan qanunvericiliyi və təcrübəsi” və “Seçkinin mediada işıqlandırılması gender bərabərliyi kontekstində” mövzularında sessiyalar keçiriləcək.