YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi

YAP Xaçmaz rayon təşkilatı 09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovla xaçmazlı gənclərlə görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Ş.H.Xan-Babayev açaraq ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk. Milli Məclis deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Gənc fəal Kazım Balakişiyev, seçki qərargahının üzvü, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov və başqaları çıxış edərək 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.