YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İndoneziyanın ölkəmizdəki səfiri Raden Prayono Atiyanto ilə görüşündə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, M.Qurbanlı Azərbaycan ilə İndoneziya arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.
Səfir R.P.Atiyanto İndoneziyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu söyləyib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirən diplomat iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
R.P.Atiyanto M.Qurbanlını 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan İslam alimlərinin 4-cü beynəlxalq konfransına dəvət edib.