YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib

Yanvarın 17-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayon gəncləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib.

Çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu Milli Məclisdə fəaliyyəti dövründə Nərimanov rayon seçicilərini layaqətlə təmçil etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi  aidiyyati dövlət qurumlarına ünvanlanıb.

Hikmət Babaoğlu deyib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüş iştirakçılarından Rasim Rzaxanov və Qabil  Qafarov çıxış edərək bildiriblər ki,  9 fevralda Nərimanov rayon gənclərinin seçimi YAP-ın namizədi Hikmət Babaoğlu olacaq.

 

 

DİGƏR Xəbərlər Arxiv