YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Fətəliyeva seçicilər ilə növbəti görüş keçirib

Yanvarın 19-da 30 saylı Suraxanı  I seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva 20 Yanvar hadisələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi sakinlərindən şəhidlik zirvəsinə ucalmış Cəbrayıl Xanməmmədov və İbiş Məmmədovun qəbirlərini ziyarət edərək, azadlığımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatitirələrini yad etdi. Eyni zamanda şəhid İbiş Məmmədovun yaşadığı ünvanda onun ailə üzvləri ilə görüşü baş tutdu.

Daha sonra sakinlərin müraciəti əsasında Hövsan qəsəbəsi, Zeytunluq adlanan ərazidə yaşayan bir qrup sakinlə görüş keçirildi. Sakinləri narahat edən məsələlər yerindəcə dinlənərək müvafiq qeydlər aparıldı. Sakin Bəhram Səfərov onları narahat edən problemlərin həlli istiqamətində aidiyyati qurumlar qarşısında Sevinc Fətəliyevanın məsələ qaldıracağına inandığını bildirdi. B.Səfərov Sevinc xanımın fəaliyyətindən razı olduqlarını və növbəti dəfə ona səs verəcəklərini qeyd etdi. Sakinlərə təşəkkür edən Sevinc xanım,  9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa səslədi.