YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır

“20 yanvar faciəsindən 30 il ötür. Azərbaycanın hər yerində xaqımıza qarşı sovet qoşunları tərəfindən törədilən qətliam anılır, faciənin qurbanları yad edilir. Şəhidlər Xiyabanı sözün əsl mənasında insanlarımızın ziyarət yerinə çevrilib.” Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov öz rəsmi facebook  səhifəsindəki paylaşımında qeyd edib. 

Əli Əhmədov sonra bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının hüzn günü olmaqla yanaşı, həm də dəyanət və mübarizlik nümunəsidir. Sovet qoşunları Bakıda ən ağır cinayəti qəddarlıqla törətsə də, xalqın ruhunu, əzmini və qürurunu sındıra bilmədi. Tam əksinə, bu qanlı cinayət sovet imperiyasının süqutunu daha da sürətləndirdi.

Təəssüf ki, 20 yanvar faciəsinin günahkarları, başda sovet qoşunlarının Bakıya hücum etməsinə əmr verən Mixail Qorbaçov olmaqla bu qəddar əmri icra edənlərdən heç kim cəzalandırılmadı. Yəqin ki, 20 yanvar qətliamı  XX əsrdə insanlığa qarşı törədilmiş yeganə cinayətdir ki, günahkarları heç bir cəza almayıb. Bunun özü də ötən 100 illiyin ən böyük ədalətsizliyi sayılmalıdır.

Azərbaycan xalqı və dövlətimiz 20 yanvar şəhidlərimizi unutmur və unutmayacaq. Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!