YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Əliyev: Azərbaycanlı adı ilə erməni mənbələri dezinformasiya yayırlar

"Vətəni, dövləti, millətini sevən jurnalistlər var. Niyə onlar mediamızın aparıcı siması olmasınlar? Niyə dövləti aşağılayan insanlar mətbuatın gündəlik səhifələrini bəzəməlidirlər?" Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib. /Trend/

V.Əliyev qeyd edib ki, bəzən beynəlxalq təşkilatlarda da ermənilərdən çox özümüzünkülər Azərbaycana qarşı çıxış edirlər: "Biz beynəlxalq təşkilatlarda tribunalardan ermənilərə qarşı istifadə etməyə çalışırıq, ancaq Azərbaycandan gedən bəzi şəxslər ölkəmiz haqqında elə danışırlar ki, bilmirik ermənilərə cavab verək, yoxsa özümüzünkülərə. Belə şəxslər əsasən QHT və media nümayəndələri olurlar".

PA rəsmisi, həmçinin bildirib ki, azərbaycanlı adı ilə erməni mənbələri dezinformasiya yayırlar, Azərbaycan mediası da onları işıqlandırır: "Erməni baş redaktor ağıllı hərəkət edir, bizim bəzi redaktorlarımız isə tora düşürlər. Redaktorlarımız özləri də siyasətçi olmalıdırlar".

Onun fikrincə, erməni mediasının yaydığı dezinformasiyalar onların maraqlarına xidmət edir: "Bizim onlardan götürdüyümüz informasiyalar da onların maraqlarına xidmət edir. İctimai rəyi formalaşdıran media dövlətin qorunmasında böyük rol oynayır. Biz onların dezinformasiyalarını yaymaqla ermənilərə bəhanə veririk, onlar da beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırırlar".