YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir

«Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hər bir Azərbaycan seçicisi, o cümlədən, paytaxtın mərkəzi rayonlarlarından biri olan Nəsimi  seçiciləri ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməli və YAP-ın namizədlərinə səs verməlidirlər. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası böyük nüfuza malik olan ümumxalq partiyasıdır.

«Partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanır. Ona görə də, inanırıq ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalqımız YAP-ın namizədlərinə səs verəcəklər»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.