YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsindən namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti belə görüş rayonun təhsil və səhiyyə işçiləri ilə keçirilib. Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Nəsib Məhəməliyevin fəaliyyəti barədə danışaraq vurğulayıb ki, N.Məhəməliyev beşinci çağırış millət vəkili dönəmində hər zaman balakənliləri maraqlandıran məsələləri gündəmə gətirib.

Tədbirdə çıxış edən təhsil işçilərindən Əkrəm Eminov, Nərmin Paşayeva, Əbdül Abdullayev, Nərmin Varşayeva, həmçinin səhiyyə işçilərindən Məhəmməd Əhmədov, Mirhaşım Haşımov və digərləri N.Məhəməliyevə seçkidə uğurlar arzu edib, qarşıdan gələn seçkilərdə də ona səs verəcəklərini bildiriblər.

Görüşdə çıxış edən N.Məhəməliyev Azərbaycanın beynəlxalq müstəvidə apardığı siyasət barəsində danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə mühüm uğurlar qazanır.

Azərbaycanda həyata keçirilən sosial siyasətdən də danışan deputatlığa namizəd həyata keçirilən infrastruktur layihələri, qəbul olunan qərarlar nəticəsində bu gün vətəndaşların sosial müdafəsinin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əsaslı uğurlar əldə olunduğunu vurğulayıb. N.Məhəməliyev görüşə belə böyük maraq göstərdikləri və dəstəkləri üçün seçicilərə minnətdarlıq edib.

Nəsib Məhəməliyevin növbəti görüşü rayonun Mazımqaray kəndinin seçiciləri ilə keçirilib. Burada da YAP-ın namizədinə yüksək dəstək ifadə olunaraq 9 fevralda bütün kənd seçicilərinin Nəsib Məhəməliyevə səs verəcəkləri əminliklə qeyd olunub.