YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin təbliğat- təşviqat kampaniyası  «Daha güclü Azərbaycan naminə» devizi altında uğurla davam edir. Ağalar Vəliyevin növbəti görüşü 22 yanvarda Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində keçirilib.

Görüşdə Goranboy YAP rayon təşkilatının yerli qərargah üzvləri, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibə veteranları, şəhid ailələri və çoxsaylı kənd sakinləri iştirak ediblər. YAP rayon təşkilatının sədri Elçin İsmayılov görüşü açaraq YAP tərəfindən namizədliyi irəli sürülmüş Azərbvaycan Respublikasının Milli Məclisinə namizəd Ağalar Vəliyevin 2015-2019-cu illər ərzində deputat kimi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Təbliğat qrupunun üzvü Nofəl Köçərli bildirib ki, ötən müddət ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub. Bir deputat kimi Ağalar Vəliyev seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində əməli köməklik göstərib, daima seçicilərlə yüksək səviyyədə işgüzar görüşlər keçirib.

Görüşdə çıxış edən qərargah üzvləri Müsəddiq Qədimov, Müşfiq Sadıqov, Zeyvə kənd sakinləri Nəmət Abbasov, Leyla Rəsulova, Müsəllim Kazımov, Məhyəddin İbrahimov, Şəfəq kənd sakinləri Kamran Məmmədov, Zakir Rəcəbov, Cama Abdullayev çıxış edərək Ağalar Vəliyevin Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam Tərtər seçki dairəsindən VI çağırış Milli Məclisə namizədliyinin irəli sürülməsini alqışlayıblar. Əmimliklə bildiriblər ki,  9 fevralda YAP yenidən öz qələbəsinə imza atacaq və Ağalar Vəliyev bir daha öz seçicilərinin etimadını qazanacaq.

Görüşdə çıxış edən deputatlığa namizəd Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə ətraflı məlumat verib. O bildirib ki, son 16 il ərzində ölkəmiz böyük bir tərəqqi yoluna çıxıb. Bəzi iqtisadi göstəricilərə görə nəinki MDB məkanında, hətta dünya dövlətləri sırasında öncül yerlərdən birini tutmuşdur. O, son 16 il ərzində Prezident İlham Əliyevin Respulikamızda apardığı sosial- iqtisadi işlər barəsində seçicilərə ətraflı məlumat verib. Ağalar Vəliyev çıxışının sonunda bildirib ki, əgər mənə yenidən etimat göstərərsinizsə sizin etimadınızı doğruldacağam və bütün seçicilərimə səmimi minnətdarlığımı bildirirəm və hər birinizə uğurlar arzulayıram.