YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizəd Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir

9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir. Həm kütləvi görüşlərdə iştirak edən S.Qafarova eyni zamanda məhəllələrdə seçiciləri ilə görüşür. Növbəti belə görüş Şəmkir rayonunun mərkəzində keçirilib. YAP-ın namizədi görüşdə Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticələrindən danışaraq vurğulayıb ki, bu gün ölkəmiz dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətlərindən biridir. S.Qafarova həyata keçirilən social siyasət, infrastruktur layihələri, qəbul olunan qərarlar nəticəsində bu gün vətəndaşların sosial müdafəsinin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əsaslı uğurlar əldə olunduğunu vurğulayıb. Sahibə Qafarova görüşə belə böyük maraq göstərdikləri və dəstəkləri üçün seçicilərə minnətdarlıq edib.

Seçicilər də ölkəmizdə həyata keçirilən siyasətdən razılıqlarını bildirərək 9 ferval günü YAP-ın namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.