YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Kamran Bayramov Şəmkirin kəndlərində seçicilərlə görüşüb

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramov yanvarın 22-də Şəmkirin bir neçə kəndində görüşlər keçirib.

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamran Bayramov görüşlərə Şəmkirin Yuxarı Seyfəli kəndindən başlayıb. Deputatlığa namizəd kəndi gəzərək seçicilərlə bir araya gəlib. Eyni zamanda sakinləri narahat edən və aidiyyəti qurumlar qarşısında dəfələrlə qaldırdığı ən əsas məsələni - içməli və suvarma su təminatı məsələsini müzakirə edib.

Seçicilərlə görüşdən sonra Kamran Bayramov şəhid İsrafil Mehdixanovun atası Nəriman Mehdixanova baş çəkib, kəndin ağsaqqalları Bayram kişi və Mirzə kişi ilə görüşüb.

Deputatlığa namizədin təşviqatı çərçivəsində növbəti görüşü Aşağı Seyfəli kəndində baş tutub. Çox səmimi qarşılanan Kamran Bayramov, təşviqatını aparıb və Yeni Azərbaycan Partiyasına olan böyük dəstəyin və rəğbətin şahidi olub.

Kamran Bayramov həmin gün Aşağı Seyfəli kəndini gəzərkən şəhid Natiq Abbasovun anası Sehri xanımı evini də ziyarət edib, hörmət və ehtiramını ifadə edərək kəndə gəlməyinin məqsədini də izah edib. Bu zaman Sehri xanım səsvermədə mütləq iştirak edəcəyini deyərək gənc namizədə xeyir-duasını verib.

Kamran Bayramovun qapı-qapı ziyarətləri gün ərzində davam edib. Bu dəfə kəndin ağsaqqalı, 9 övladı, 24 nəvəsi, 6 nəticəsi olan 80 yaşlı Yaqub kişinin evində olub. Açdığı süfrə arxasında Yaqub müəllim xeyli maraqlı söhbətlər edərək Şəmkirlə bağlı xatirələrini Kamran Bayramovla bölüşüb.

DİGƏR Xəbərlər Arxiv