YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüş keçirib

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Məlahət İbrahimqızı seçicilərlə görüşlərini davam etdirir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində M.İbrahimqızı növbəti məhəllə görüşlərini keçirib. Görüşə gəldikləri üçün seçicilərə təşəkkür edən M.İbrahimqızı keçirilən görüşlər, Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verib. “21 saylı Nəsimi birinci seçki dairəsi üzrə məhəllə görüşlərimiz keçirilir. Bu görüşlərdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirik. Sizə məlumat verməyi özümə borc bilirəm ki, bu görüşlərin əhəmiyyəti hədsiz dərəcədə önəmlidir. Görüşlərdə siz seçicilərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya olan etimad, inam və sevginizin bir daha şahidi olduq. Keçirilən hər bir məhəllə görüşlərində qaldırdığınız məsələlər, həlli vacib və mümkün olan problemlər bizi daha da məsuliyyətli edir. Gəlin əl-ələ verib “Daha güclü Azərbaycan naminə” daha da səfərbər olaq. Sizlərin möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı və geniş miqyaslı islahatların seçicilər tərəfindən diqqətlə izləndiyini və dəstəkləndiyini deməyiniz YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlərin seçki kampaniyasının, eləcə də seçkinin nəticələrinin daha uğurlu olacağına bizdə əminlik yaradır”, - deyə M.İbrahimqızı söyləyib.
Deputatlığa namizəd seçiciləri fəal olmağa, seçki günü YAP-ın namizədlərinə səs verməyə çağırıb: “Bizim məqsədimiz daha güclü Azərbaycan naminə hər bir seçicinin xidmətçisi və səsi olmaqdır”.