YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva seçicilərlə silsilə görüşlərini davam etdirir

Yanvarın 23-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Fətəliyeva Sevinc Həbib qızının  Günəşli seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində görüşləri keçirildi.

Qeyd edək ki, namizədlə görüşdə 125 nəfər Günəşli qəsəbəsi  “Q” yaşayış sahəsi 1,2,3,7, 8, 9 saylı binaların  sakinləri olan seçicilər iştirak etmişdir.

Görüşü giriş sözü ilə deputatlığa namizəd Sevinc Fətəliyeva açdı. Milli Məclisin deputatı kimi ötən doqquz illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçiciləri məlumatlandırdı.

Görüşdə iştirak edən qəsəbə sakinlərindən Leyli Quliyeva, Elşən Məmədov, Məmmədli Güll,  Nərman Bayramov, Maşallah Məftun, Xanməmmədov Şövkət parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləmişlər.

Görüşdən sonra Sevinc Fətəliyeva  Hövsan qəsəbəsində yerləşən seçki qərərgahında seçiciləri qəbul etmişdir.