YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Azər Badamov növbəti görüşləri Qusarın Yuxarı Qələnxur, Zuxul, Yuxarı Tahircal və Nəcəfkənd kənd seçiciləri ilə keçirib

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov növbəti görüşləri rayonun Yuxarı Qələnxur, Zuxul, Yuxarı Tahircal və Nəcəfkənd kənd seçiciləri ilə keçirib.

Görüşləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açmış, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat vermişdir. O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsinnən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışdır.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış etmişdir.

Tədbirdə iştirak edən YAP Qusar rayon təşkilatı Şura üzvü Vidadi Mamamliyev namizəd Azər Badamovun parlametdəki fəaliyyəti barədə görüş iştirakçılarını məlumatlandırdı.

O, seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırdı.

Görüşdə çıxış edən kənd sakinləri İlyas Orduxanov, Meyvəddin Babayev, Rafik Qonaqov, Milhac Milhacov, Nəcəf Şalbuzov, Yarəhməd Yarəhmədov və Azik Buxsayev Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildirdilər.