YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Cavid Osmanovun Ağdaşlı seçicilər ilə görüşləri davam edir

Təbliğat-təşviqat kampaniyası çərçivəsində 90 saylı Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun rayon seçiciləri ilə görüşləri davam edir. Növbəti görüşlər rayonun Gürcüva, Qaradağlı və Mürsəl kəndlərində keçirildi.

Görüşləri açan Cavid Osmanov seçicilərinin onu səmimi, könül açıqlığı ilə qarşılamaları və göstərdikləri yekdil dəstəyə görə minnətdarlığını çatdırdı. Ona göstərdikləri dəstəyin cavabsız qalmayacağını, hər zaman olduğu kimi yenə də onların yanında olacağını qeyd edən Cavid Osmanov bildirdi ki, ağdaşlılar vətənsevər, dövlətə, ulu öndər Heydər Əliyevin amallarına sadiq insanlardır və bundan sonra da belə olacaqdır. Seçkilərdə yenidən Ulu öndərin qurucusu olduğu partiyanın namizədi kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini vurğulayan Cavid Osmanov V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışdı. Prezidentimiz cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri haqqında ətraflı məlumat verən Cavid Osmanov  qeyd etdi ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Elə bu səbəbdən də xalqımız birmənalı olaraq cənab Prezidentimizin həm daxili, həm də xarici siyasətini hər zaman müdafiə edir. Dövlət başçısımız da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.

Təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva, Sevgili İbrahimova və İsmayıl Xuduyev çıxış edərək bildirdilər ki, Cavid Osmanovun növbəti dəfə 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd olması partiyamızın ona olan etimadının nümunəsidir. Görüş iştirakçılarına Cavid Osmanovun tərcümeyi-halı, fəaliyyəti, ötən 3 il ərzində millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük inamla gedir və onlar seçiciləri inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə - Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasına və onun namizədi Cavid Osmanova səs verməyə çağırdılar.

Çıxış edən seçicilərdən Gürcüva kənd sakinləri Mirzə Hacıyev, Firidun Mirzəliyev, Məhəmməd Hüseynov, Qaradağlı və Cücük kənd sakinləri Elxan Abdullayev, Əhmədiyar İsgəndərov, Həcər Rəsulova, Akif Musayev və Mürsəl kənd sakinləri Leonora Məhərrəmova, Toğrul Abdullayev qeyd etdilər ki, onlar Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti tam dəstəkləyirlər və Ağdaşda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülən Cavid Osmanova səs verəcəklər.