YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Abdullah Gül: Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bunu Türkiyə Prezidenti Abdullah Gül Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Türkiyə Prezidenti qeyd edib ki, üçtərəfli görüş zamanı regional məsələlərlə yanaşı, qlobal məsələlər də müzakirə edilib: "Gürcüstan və Azərbaycanın ərzi bütövlüyünə verdiyimiz dəstəyi bir daha yenilədik. Bölgəmizdəki münaqişələrin sülh və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bir daha qeyd etdik".

A.Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq".

Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən A.Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: "Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır".

 

DİGƏR Xəbərlər Arxiv