YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb

Parlament seçkilərində  Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Vidadi qızı Yıldırım rayonun Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində  seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən Fatma Yıldırım parlament seçkilərində Milli Məclisin deputatı seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağından danışıb. Deputalığa namizəd  iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirildiyini, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əmək haqqı və təqaüdlərin mütəmadi şəkildə artırıldığını qeyd edib. O, ölkəmizdə son illərdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, pambıqçılıq, baramaçılıq və digər sahələrin əsaslı artımına nail olunduğunu qeyd edərək, Bərdə rayonunda kənd təsərrüfatının daha da inkişaf etdiyini bildirib.

Seçicilərin etimadını qazanacağı təqdirdə insanların qayğıları ilə yaşayıb onların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirən Fatma Yıldırım bu səbəbdən çox fəal olacağını, seçicilərilə davamlı görüşərək problemlərin birlikdə həll edilməsinə səy göstərəciyini ifadə edib.

Görüşlərdə çıxış edən seçicilər 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olan Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini bəyan ediblər.