YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Ramil Həsən Ucarın Müsüslü kəndində görüşlər keçirib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Sahib oğlu Həsən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Müsüslü kəndində görüşlər keçirib.  

Müsüslü kənd Mədəniyyət evində kənd sakinlərinin iştirakı ilə keçirilən görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" seçki praqramı ilə getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bildirib. O, 9 fevral seçki günündə seçiciləri fəal olmağa çağırıb.

Müsüslü kənd sakinləri Alı Babayev, Vahid Həmidov, Qaraqız Qafarova, Hünər Əliyev, Təzə Şilyan kənd sakini Hikimət Şərifov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən Müsüslü kəndində şəhid Nəriman Qədirovun atası İsmayıl Qədirov, şəhid Əhliman Məmmədovun atası Mustafa Məmmədov, Təzə Şilyan kəndində Cavid Səlimovun bacı və qardaşları, şəhid Hüseyin Məmmədovun valideyinləri Arif və Cərgəgül Məmmədovlar, şəhid Ramiq Umudovun bacı və qardaşları və Təzə Şilyan kəndində kənd ağsaqqalı Səlim Kərimov ilə evlərində görüşüb.

Həmçinin Ramil Həsən Təzə Şilyan kəndində Qarabağ müharibəsi əlili Ruslan Cəfərovun həyətində bir qrup Qarabağ müharibəsi əlilləri ilə - Ziyəddin Nəsirov, Elçin Nuhov, Əlihüseyin Kərimov, Mehdi Ağayev, Afiq Abdulov və Zaur Nəcəfov ilə görüşüb, onların fikir və təkliflərini öyrənib.