YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

64-saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramin Məmmədovun seçiclələ görüşləri uğurla davam edir

64-saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramin Ələmşah oğlu Məmmədovun seçiclələ görüşləri uğurla davam edir.

Deputatlığa namizəd Ramin Məmmədov  yanvarın 24-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Əliləmbəyli və Çöl-Ağammədli  kəndlərinin seçiciləri ilə görüş keçirildi. Ramin Məmmədov görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dərin və hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları, üzləşdiyi problemlərin həlli dayanır. Ölkə prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində Azərbaycan regionda və eləcə də dünyada sabitlik və təhlükəsizlik məkanına çevrilmişdir. Xalq-hakimiyyət birliyi bu sabitliyi şərtləndirən həlledici amilldir. Bu birliyi göz bəbəyi kimi qorumalı və onu daha da möhkəmləndirməliyik.

Seçicilərlə mehriban və məhsuldar söhbətdən sonra deputatlığa namizəd Sabirabad rayonun Əliləmbəyli kəndində anadan olmuş Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağayevin evini ziyarət edərək ailə üzvləri ilə tanış olmuşdur.