YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi

Milli Məclisə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülən  Hüseynbala Mirələmovun   «Bakı» kinoteatrında seçicilərlə növbəti görüşü  keçirildi.

Namizədin səlahiyyətli nümayəndəsi, YAP Xətai rayon təşkilatının Aparat rəhbəri Mayıl Kərimov bildirdi ki, H.Mirələmov yalnız millət vəkili və ictimai xadim  deyil,   millətin mənəvi həyatının  bir tərcümanı olan  yazıçı, elm sahəsində görkəmli Azərbaycan alimidir. «Hər bir seçicinin deputatı olmaq» H.Mirələmovun fəaliyyətinin əsas prinsipi olub.
Deputatlığa namizəd,  YAP Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov bu fikri dönə-dönə bildirdi ki, dövlətə sədaqət, qanunlara hörmət, insanlara etibar, gələcəyə inam hər bir Azərbaycan vətəndaşını harada yaşamasında asılı olmayaraq əsas amalına çevrilməlidir.  Namizəd   seçicilərini  9 fevral növbədənkənar  parlament seçkilərində fəal olmağa, seçki məntəqələrinə gəlib, öz seçki hüquqlarından düzgün istifadə etməyə, Azərbaycanın davamlı inkişafına dəstək olmağa  çağırdı.

DİGƏR Xəbərlər Arxiv