YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib

Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Səməd İsmayıl oğlu Seyidovun təbliğat kampaniyası çərçivəsində Qazax rayonunda bir sıra görüşlər keçirilib.

Səməd Seyidovun Qazax şəhərində Qarabağ müharibəsi əlilləri, rayonun gəncləri, Hüseynbəyli, Orta Salahlı və Aşağı Salahlı kəndlərində seçicilərlə görüşüb.

Görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvlərindən Həmid Pənahov, Məmməd Yusifov, Barat Alıyev, Firdovsi Umudov, Akif Əmirov, Kənan Hüseynli, Elşad Quliyev, Kamandar İbrahimov iştirak ediblər.

Görüş zamanı çoxsaylı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv