YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Quliyevin Ordubad seçiciləri ilə görüşü baş tutdu

Fevralın 9-da keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə 7 saylı Ordubad-Culfa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Quliyev Cəbi Hüseyn oğlu Ordubad rayonunda və Ordubadın 300-dən çox seçicisi ilə görüş keçirib.

Deputatlığa namizəd Quliyev Cəbi növbəti illər üçün Milli Məclisə üzv seçilərsə, görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağından danışıb.

Xalqı Milli Məclisdə təmsil etməyin məsuliyyətli bir iş olduğunu qeyd edən C.Quliyev seçicilərin etimadını qazanacağı halda, xalqın qayğıları ilə yaşayıb, insanların fikirlərini və təkliflərini Milli Məclisin tribunasından səsləndirəcəyini bildirib: “Bu səbəbdən də, çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim.

O, Yeni Azərbaycan Partiyasının Seçki Platforması və öz fəaliyyəti barəsində məlumat verərək, qeyd edib ki, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.

Cəbi Quliyev sonda seçiciləri fevralın 9-da fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.