YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Səməd Seyidov Qazaxın Birinci Şıxlı, və İkinci Şıxlı kəndlərində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Səməd Seyidov parlament seçkilərinin  təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini  keçirilib.

Görüşlər Qazaxın Birinci Şıxlı, və  İkinci Şıxlı kəndlərində keçirilib. Yüksək səviyyədə keçirilən görüşlərdə deputatlığa namizəd Səməd Seyidov  YAP-ın seçki proqramı haqqında məlumat verib. 

YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin sədri  Həmid Pənahov çıxış edərək seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb.

Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv