YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Hüseynovanın təbliğat-təşviqat kompaniyası davam edir

103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sevinc Hüseynovanın təbliğat-təşviqat kompaniyası davam edir. Kompaniyanın davamı olaraq, bu gün Slavyanka kəndində rus icmasından olan seçicilərlə görüş keçirildi.

Görüşdə Gədəbəy rus icmasının sədri Nikolay Bıçkov da iştirak etdi. Namizəd Sevinc Hüseynova ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətdən bəhs etdi. Həmçinin S.Hüseynova dünya miqyasında ölkəmizin güclü ölkələr sırasında olmasını, tolerant və multikultural ölkə kimi tanınmasını xüsusi vurğuladı.
Görüşdə Gədəbəy rus icmasının sədri Nikolay Bıçkov, Valentina Strelyayeva, Polina Konkina və digərləri də çıxış edərək hazırda ölkəmizdə gedən uğurlu siyasətə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər. Həmçinin bir neçə il öncə prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə olan səmimi görüşlərini xatırladılar, hər zaman onlara dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərilməsindən söz açdılar. Eyni zamanda seçicilər Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmasını da böyük sevinclə qarşıladıqlarını bildirdilər və bununla bağlı təbriklərinin çatdırılmasını xahiş etdilər. Bununla yanaşı, onlar Azərbaycan vətəndaşı olduqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini və bununla fəxr etdiklərini xüsusi vurğuladılar. Qarşıdan gələn seçkilərdə də Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyərək onun layiqli namizədinə səs verəcəklərini bildirdilər.

Sonda Sevinc Hüsenovanın təşəbbüsü ilə nəşr edilən Mariya Popovanın “С ЧЕГО НАЧИНАЕТСЯ РОДИНА” kitabı görüş iştirakçılarına hədiyyə edildi və Mariya Popova ilə telefon əlaqəsi yaradıldı.