YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib

Yeni Azərbaycan Partiyasının 90 saylı Ağdaş seçki dairəsindən namizədi Cavid Osmanov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirdi. 

 Cavid Osmanov qeyd etdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Ölkəmizdə dərin və hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdıran Cavid Osmanov bildirdi ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları, üzləşdiyi problemlərin həlli dayanır. Ölkə Prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində Azərbaycan regionda və eləcə də dünyada sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial sifarişdir.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə fəal olmağa çağırdı.

Görüşdə çıxış edən seçicilər qeyd etdilər ki, cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri göz önündədir. Xalq-hakimiyyət birliyi bu sabitliyi şərtləndirən həlledici amilldir. Bu birliyi göz bəbəyi kimi qorumaq, onu daha da möhkəmləndirmək, Azərbaycanı daha da gücləndirmək naminə fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə - Cavid Osmanova səs verəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv