YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya Milli Məclisinin sədri Azərbaycanda səfərdədir

Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç dekabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Maya Qoykoviçi Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
Aeroportda jurnalistlərə müsahibə verən Maya Qoykoviç bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana ilk səfəridir.
O, səfərin məqsədinin Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib. Serbiya Milli Məclisinin sədri deyib: “Parlamentlərarası əlaqələr yüksək səviyyədədir, lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da möhkəmləndirəcəyik”.