YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb (VİDEO)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov fevralın 7-də partiyanın İcra katibliyində Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb.

Mətbuat konfransında YAP-ın Sədr müavini Əli Əhmədov 9 fevral parlament seçkilərinə hazırlıq prosesindən, seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki proqramından və təbliğat-təşviqat kampaniyasının gedişatından bəhs edib.

YAP İcra katibi qeyd edib ki, ötən illər ərzində ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəlməsi, paytaxt və regionların simasının xeyli dəyişməsi və digər amillər sayəsində ölkə əhalisinin, seçicilərin Prezident İlham Əliyevə, onun siyasi kursuna olan inamı və dəstəyi bu seçkilərdə də YAP-ın namizədlərinin böyük üstünlüklə qalib gələcəyinə inam yaradır. Əli Əhmədov seçkilər nəticəsində formalaşacaq yeni parlamentin Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar siyasətinə qanunvericilik səviyyəsində öz dəstəyini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

DİGƏR Partiya xəbərləri Arxiv