YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanda “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi ölkə mətbuatının diqqət mərkəzindədir

Pakistanın Dera İsmayil Xan ərazisinin Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi Pakistan mətbuatının diqqət mərkəzindədir.  

Pakistanın ingilisdilli “The News”, “Pakistan Observer”, “Daily Times”, “Pakistan in the world”, urdudilli “Express”, “Daily Pardez”, “Ausaf” qəzetlərində, “DNA” İnformasiya Agentliyində, “Diplomatik Star” jurnalında və digər kütləvi informasiya vasitələrində mərasimlə bağlı məqalələr dərc edilmişdir.
Məqalələrdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə və təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyi bildirilir. Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsi yüksək qiymətləndirilir. “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirilməsi nəticəsində on minlərlə əhalinin keyfiyyətli içməli su ilə təchiz edildiyi diqqətə çatdırılır.