YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

Bu ilin fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

Məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.

Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.

 

DİGƏR Xəbərlər Arxiv