YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub

Yanvar ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 110 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ay Azərbaycandan bu ölkəyə 25,7 milyon dollarlıq məhsul ixrac olunub. Ay ərzində Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 84,3 milyon dollar təşkil edib. 

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

 

DİGƏR Xəbərlər Arxiv