YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır

“Ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb. Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının könüllüsü, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov deyib.

M.Həsənov bildirib ki, tələbəlik  illərindən könüllülər hərəkatına qoşulub. Onun sözlərinə görə, bu hərəkata cəmiyyətimizdə böyük maraq və dəstək var.

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman könüllülər hərəkatının əhəmiyyətini vurğulayır. Məhz dövlət başçısının dəstəyi nəticəsində bu hərakat ildən ilə genişlənməkdədir. Onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının gəncləri də könüllülər hərəkatında fəal iştirak edirlər. Çox sevinirəm ki, Yeni Azərbaycan Partiyası könüllərinin toplantısında doğma partiyamız tərəfindən təltif olundum. Fəaliyyətimizə verilən  dəyər bizə stimul verir ki, bundan sonra da bu sahədə aktiv fəaliyyət göstərək”-deyə, M.Həsənov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv